Dünya kuboku uğrunda mübarizə davam edir

Dünya kuboku uğrunda mübarizə davam edir

Norveçin Tromse şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.
Turnirin 1/16 final mərhələsinin "over time” turunda təmsilçimiz Şəhriyar Məmmədyarov Çin şahmatçısı İ Vey ilə qarşılaşıb. Bu dueldə şahmatçımız Asiyalı rəqibini məğlubiyyət uğradıb - 2:0. Bu qələbə sayəsində idmançımız turnirin 1/8 finalına vəsiqə qazanıb. Şəhriyar Məmmədyarov növbəti mərhələyə vəsiqə əldə etmək üçün amerikalı Qata Kamskiyə qalib gəlməlidi.
Xaterladaq ki, Dünya kuboku yarışlarında birinci və ikinci yerləri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.
Ümumilikdə isə 128 şahmatçının iştirakı ilə keçən yarış yeddi raunddan ibarət olmaqla Olimpiya sistemi ilə keçirilir. Tromse yarışı sentyabrın 3-də yekunlaşacaq.