Şəhriyar Məmmədyarovdan Teymur Rəcəbova təbrik

Şəhriyar Məmmədyarovdan Teymur Rəcəbova təbrik

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Airthings Masters” turnirinin qalibi olan həmkarı Teymur Rəcəbovu təbrik edib. 35 yaşlı qrossmeyster bu barədə feysbukdakı paylaşımında bildirib.
"Bu il bizim ilimizdir. Təbrik edirəm, Tima. Uğurlarının davamı gəlsin" - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Teymur Rəcəbov finalda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edib.