Madrid "Real"ında yeni narazılıq

Madrid "Real"ında yeni narazılıq

Madrid "Real"ının yarımmüdafiəçisi Lukas Vaskes Madrid təmsilçisinin onunla yeni müqavilə imzalamaq təklifini rədd edib.
"Marca" xəbər verir ki, 29 yaşlı oyunçu müqavilə şərtlərindən narazı qaldığı üçün bu addımı atıb. Tərəflər arasında danışıqların dayandırıldığı bildirilib. Xəbərdə Madrid "Real"ının futbolçularla müqavilənin uzadılması ilə bağlı danışıqlarda maliyyə məsələlərini nəzərə aldığı qeyd olunub.
Vaskesin yayda komandanı tərk etməsi ehtimalının böyük olduğu vurğulanıb.