Mesut Özil “Fənərbağça”da

Mesut Özil “Fənərbağça”da

İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirəcək. Türkiyə mətbuatı xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi “Fənərbağça” ilə razılığa gəlib. Futbolçu İstanbul klubu ilə 3,5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, M.Özil “Arsenal”dan əvvəl Almaniyada “Şalke”, “Verder”in, İspaniyada isə “Real Madrid”in formasını geyinib.