Ronaldo penaltidən ən çox qol vuran futbolçudur

Ronaldo penaltidən ən çox qol vuran futbolçudur

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu. İlk pillədə İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu yer alıb.
35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş 15 qolla ikinci, İtaliya "Latsio"sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.
İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.