“Barselona” penaltilərdə qalib gələrək finala yüksəldi

“Barselona” penaltilərdə qalib gələrək finala yüksəldi

İspaniya Superkubokunda yarımfinal mərhələsinə start verilib. Ötən gün bir oyun keçirilib. “Real Sosyedad” “Barselona” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Barselona" finala yüksəlib.
Kataloniya təmsilçisi həlledici qarşılaşmada “Real” - “Atletik” görüşünün qalibi ilə üz-üzə gələcək. 13 yanvar "Real Sosyedad" – "Barselona" - 1:1 (penaltilər seriyası - 2:3) Qollar: Oyarzabal, 51-pen – De Yonq, 39 14 yanvar 00:00. "Real" - "Atletik"