PSJ Superkubokun qalibi oldu

PSJ Superkubokun qalibi oldu

"Pari Sen-Jermen" (PSJ) "Marsel" komandası üzərində qələbə qazanaraq Fransa Superkubokuna yiyələnib. Görüş Lansedə, "Feliks Bolar" stadionunda keçirilib və 2:1 hesabı ilə qurtarıb.

Qarşılaşmada hesab 39-cu dəqiqədə açılıb. PSJ-nin hücumçusu Mauro İkardi komandasının azarkeşlərini sevindirib. Matçın 85-ci dəqiqəsində Neymar 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirərək PSJ-nin hesabdakı üstünlüyünü artırıb. Bundan 4 dəqiqə sonra “Marsel”in yarımmüdafiəçisi Dimitri Payet komandasının təsəlli qolunu vurub.

Bununla da PSJ Fransa Superkubokunun sahibi olub. Komanda koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatmış 2019/2020 mövsümünün çempionu elan edilib. “Marsel” mövsümün nəticəsinə görə 2-ci yeri tutub.