Futbolçu kluba görə 7,8 milyon avrodan imtina etməyə hazırdır

Futbolçu kluba görə 7,8 milyon avrodan imtina etməyə hazırdır

“Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil klubdan getməsinə görə əmək haqqından imtina etməyə hazırdır. Məlumata görə, müqavilənin bitməsinə kimi futbolçu 7,8 milyon avro qazanmalıdır. Lakin klubun rəhbərliyi M.Özilin “Fənərbağça” komandasına keçəcəyi təqdirdə ona ödəniş etmək istəmədiyini çatdırıb. Məsut Özil isə bu qış komandanı tərk etmək üçün əmək haqqından imtina etməyə hazırdır.

Qeyd edək ki, bir müddət əvvəl M.Özil Türkiyənin “Fənərbağça” klubuna keçəməyə yaxın idi. Futbolçu ilə “Arsenal” komandasının müqaviləsi isə bu ilin iyun ayında başa çatır.