“Tezliklə xatirələrimi yenidən yaşamaq imkanım olacaq”

“Tezliklə xatirələrimi yenidən yaşamaq imkanım olacaq”

Əfsanəvi braziliyalı futbolçu Pele barəsində sənədli film fevralın 23-də tamaşaçılara təqdim olunacaq.
“Əfsanə, vunderkind, kral. “Pele” sənədli filmi fevralın 23-də işıq üzü görəcək”, - deyə Netflix Brasil şirkətinin Twitter hesabında qeyd olunub.
Bu xəbərə filmin qəhrəmanı da fikirlərini bildirib. “Tezliklə xatirələrimi yenidən yaşamaq imkanım olacaq. Mənim hekayəm Netflix Brasil videoservisində təqdim olunacaq. Mən böyük məmnuniyyətlə onu izləyəcəyəm”, - deyə Pele bildirib.
Qeyd edək ki, 80 yaşlı Pelə idmançı kimi üç dəfə dünya çempionu olan yeganə futbolçudur.