“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 17 yaşadək şahmatçılar arasında onlayn şahmat turniri keçirilib. İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət olan yarışda Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki, Göyçay, Mingəçevir, Zaqatala, Samux, Balakən, Neftçala və Şabran təmsilçiləri də iştirak ediblər.
Turnirdə, eyni zamanda, dünya, Avropa və respublika birinciliklərinin mükafatçıları və iştirakçıları da mübarizə aparıblar.
Ümumilikdə 150-dən artıq şahmatçının qatıldığı yarışın qalibi İsmayıl Qurbanov (6,5 xal, Bakı) olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq, Uğur İlyaslı (6,5 xal, Sumqayıt) və İbrahim Seyidov (6 xal, Quba) layiq görülüblər.
Qızlar arasında ən yüksək nəticəni Səbinə Rzalı (6 xal) göstərib. Sonrakı pillələrdə 5 xalla Sumqayıt təmsilçiləri Aytac Kərimli və Nurtən Nuruyeva qərarlaşıblar.
İlk üç yeri tutan şahmatçılar mükafatlandırılıblar.