16 yaşlı idmançı küçə davasının qurbanı oldu

16 yaşlı idmançı küçə davasının qurbanı oldu

İrlandiyalı futbolçu Coş Dan Dublində baş verən küçə davası nəticəsində dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, dava iki qrup şəxs arasında yaranan mübahisə nəticəsində baş verib. 16 yaşlı idmançı aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Faktla bağlı yerli polis əməkdaşları araşdırma aparır.

Qeyd edək ki, C.Dan irlandiya akademiyasının “Boqemian” komadasının şərəfini qoruyub.