Buffon üçün yubiley matçı

Buffon üçün yubiley matçı

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon karyerasında 1100-cü matçına çıxıb. Bu, "İnter"lə ölkə kubokunun
ilk yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper matça start heyətdə başlayıb.
Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə "Parma"nın heyətində gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra "Yuventus"a qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib. 1100 oyundan 679-u "Yuventus", 220-si "Parma", 176-sı milli komanda, 25-i PSJ-də olub.