Futbolçu villasını satdığına görə həbs edilib

Futbolçu villasını satdığına görə həbs edilib

Braziliya yığmasının sabiq hücumçusu Mişel Bastos 2 ay müddətinə şərti azadlıqdan məhrumetmə və 30 min avro məbləğində cərimə olunub. Buna səbəb isə futbolçunun 2018-ci ildə öz villasını narkotik satıcısına satmasıdır. Bildirək ki, keçmiş futbolçuya həqiqi həbs cəzası verilə bilərdi.
Qeyd edək ki, Avropada Mişel Baston “Feyenoord”, “Lill”, “Lion”, “Şalke” və “Roma” komandalarının şərəfini qoruyub. Bu ilin payızında isə futbolçu karyerasını başa vurub.