AFFA-nın prezidenti İnfantino ilə görüşüb

AFFA-nın prezidenti İnfantino ilə görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.
Səfər çərçivəsində AFFA prezidenti FIFA-nın prezidenti Gianni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.
Qeyd edək ki, hazırda Doha şəhərində FİFA Klublararası Dünya Kuboku-2020 turniri keçirilir.