Rəhbərlik Zidandan narazı deyil

Rəhbərlik Zidandan narazı deyil

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan bu mövsüm komanda ilə yaddaqalan nəticə göstərə bilmir. Amma bütün bünlara baxmyaraq, klub rəhbərliyi onun işindən narazı deyil.
"Marca" nəşri bildirir ki, fransız mütəxəssis La Liqanın 22-ci turunun "Hueska" ilə oyundan (2:1) sonra klub liderlərindən tam dəstək təminatını alıb. Zidan bu matçdan sonra klubun prezidenti Florentino Pereslə telefonla danışıb.
Klub inanır ki, birlik bu çətin mövsümdə uğur qazanmağın əsas açarıdır.
Qeyd edək ki, "Real" hazırda çempionatın 21 turundan sonra 43 xal toplayaraq La Liqa turnir cədvəlində üçüncü yerdədir. Əlavə göstəricilərinə görə Zidanın komandasını qabaqlayan "Barselona" da eyni xala sahibdir.