Penaltini qapıçı vuracaq

Penaltini qapıçı vuracaq

İngiltərənin "Mançester Siti" klubunda bundan sonra 11 metrlik cərimə zərbələrini komandanın qapıçısı Ederson yerinə yetirə bilər.
Bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola səfərdə "Liverpul"u 4:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIII turunun oyunundan sonra deyib.
İspaniyalı mütəxəssis bildirib ki, son vaxtlar penaltiləri qeyri-dəqiqliyi komanda üçün problemə çevrilib: "Zərbəni kimin vurması önəmli deyil. Əsas olan bunun qolla nəticələnməsidir. Ederson haqqında düşünəcəyəm. 6 ay öncə bunu deyəndə zarafat etmişdim. İndi isə vəziyyət yarızarafat, yarıciddidir. Növbəti dəfə penaltini qolkiper vura bilər".
Qeyd edək ki, hazırda "Mançester Siti"də 11 metrlik cərimə zərbələrini İlkay Gündoğan yerinə yetirir. Türk əsilli almaniyalı yarımmüdafiəçi "Liverpul"la matçın 37-ci dəqiqəsində penaltidən yararlana bilməyib.