Zəka sahibləri “Shusha Cup”da yarışacaqlar

Zəka sahibləri “Shusha Cup”da yarışacaqlar

“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 5-ci turniri keçiriləcək. Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının 5-ci mərhələsi olan "Shusha Cup” fevralın 14-də baş tutacaq. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarət 3 dəqiqə+ hər gedişə 2 saniyə olacaq.

Qeyd edək ki, indiyədək keçirilmiş dörd turnirdə Azərbaycan, Türkiyə, Ukrayna və Hindistandan iki yüzə yaxın şahmatçı iştirak edib. Seriya ümumilikdə səkkiz turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq.