Mübarizə 1/8 finalda sona çatdı

Mübarizə 1/8 finalda sona çatdı

Norveçin Tromse şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.
Turnirin 1/8 final oyunlarında ölkəmizi təmsil edən şahmatçı Şəhriyar Məmmədyarov amerikalı zəka sahibi Qata Kamski ilə qarşılaşıb. Oyun amerikalı şahmatçının xeyrinə başa çatıb. Bununla da, idmançımız dünya kuboku yarışlarında çıxışını vaxtından əvvəl dayandırıb.
Qeyd edək ki, 128 şahmatçının iştirakı ilə davam edən yarış yeddi raunddan ibarət olmaqla Olimpiya sistemi ilə keçirilir və sentyabrın 3-də başa çatacaq.