Şahmat turnirində qaliblər müəyyənləşdi

Şahmat turnirində qaliblər müəyyənləşdi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “IDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə onlayn turnir keçirilib.
Yarışın nəticələrinə əsasən, Aytac Məmmədova, Səadət Bəşirli və Şəms Fərzəli ümumi hesabda ilk üçlükdə qərarlaşıblar. U-8 yaş
kateqoriyasında birinci yeri Fatimə Mirzəliyeva tutub. Əsnad Baxışzadə yarışı ikinci, Aylin Nurəhmədli isə üçüncü pillədə başa vurublar.
U-10 yaş kateqoriyasında Ayan Allahverdili, İnci Ələkbərli və Nuray Məmmədli ilk üçlükdə yer alıblar.
U-12 yaş kateqoriyasında Fatimə Abdullayeva, U-14 yaş kateqoriyasında Kamilla Ələsgərova, 16 yaşadək şahmatçılar arasında isə Aysel Cəfərova fərqləniblər.