İbrahimoviç məşhur filmdə rol alacaq

İbrahimoviç məşhur filmdə rol alacaq

İtaliya "Milan"ının futbolçusu​ Zlatan İbrahimoviç​ özünü aktyor kimi sınayacaq. Bu barədə isveçli hücumçu özünün instaqram səhifəsində paylaşım edib. 40 yaşlı forvard Asteriks və Obeliks haqqında çəkilən filmlərin yeni seriyasında rol alacağını bildirib.
Qeyd edək ki, bu, sözügedən filmin 5-ci seriyası olacaq.