İspaniyanın "Real Madrid" klubunun hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilib. 75 yaşlı funksioner yeganə namizəd olduğu üçün səsvermə belə keçirilməyib. Yeni anlaşmaya əsasən, Peres 2025-ci ilədək "kral klubu"na rəhbərlik edəcək. 2009-cu ildən "Real Madrid"in prezidenti olan funkisioner 2000 - 2006-cı illərdə də bu vəzifədə çalışıb.