Aprelin 14-də 18 yaşadək Bakı və Sumqayıt şahmatçıları arasında onlayn “Zəfər kuboku” yarışı keçiriləcək. Turnir www.chess.com şahmat portalı üzərindən təşkil olunacaq. Yarış nəzarət vaxtı 3 dəqiqə və hər gedişə 2 saniyə olmaqla, İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq. Yarışda oğlanlar və qızlar arasında ilk 3 yeri tutan şahmatçılara Bakı və Sumqayıt Şəhər Gənclər və İdman Baş idarələri tərəfindən hədiyyələr, medallar və diplomlar təqdim ediləcək. Əlavə olaraq yarışın qalibi kubokla mükafatlandırılacaq.
Şahmat üzrə “Zəfər kuboku” yarışı keçiriləcək