Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində dörddəbir final mərhələsinin görüşləri keçirilib. Azərbaycan millisinin üzvü Nicat Hüseynov (49 kq) yarışın yarımfinalına vəsiqə qazanıb. Boksçumuz yarımfinala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. O, rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. Boksçumuz finala vəsiqə üçün rusiyalı Robert Bədəlyanla qarşılaşacaq.
Millimizin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar dörddəbir finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.
Boksçumuz yarımfinala vəsiqə qazandı