“Valensiya” yoxsa “Seltik?

“Valensiya” yoxsa “Seltik?

İngiltərənin “Tottenhem” klubundan ayrılan Joze Mourinyo karyerasını İspaniyada davam etdirə bilər. Portuqaliyalı mütəxəssisin xidmətində “Valensiya” maraqlıdır. A seriyası təmsilçisi Mourinyonu baş məşqçi postuna gətirmək istəyir. Portuqaliyalının özü də tezliklə yeni işə başlamaq arzusunu dilə gətirib. Qeyd edək ki, mütəxəssisin xidmətində Şotlandiya “Seltik”i də maraqlıdır.
Perez: ” "Real"ı növbəti mövsüm Zidansız təsəvvür edə bilmirəm”
"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti mövsüm də Madrid təmsilçisini çalışdıracaq. Bu barədə klubun prezidenti Florentino Peres məlumat verib: "Real"ı növbəti mövsüm Zidansız təsəvvür edə bilmirəm". Qeyd edək ki, "Kral klubu" hazırda La Liqada 70 xalla liderdir. "Atletiko" eyni xallla 2-cidir. "Real" Çempionlar Liqasında da çıxışını davam etdirir. Komanda yarımfinalda aprelin 27-i "Çelsi" ilə qarşılaşacaq.