"Milan" İbrahimoviçlə müqavilənin müddətini uzatdı

"Milan" İbrahimoviçlə müqavilənin müddətini uzatdı

İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb. Yeni razılaşma 2022-il ilədək nəzərdə tutulub. Daha əvvəl 40 yaşlı hücumçunun mövsümlük əmək haqqının 7 milyon avro olacağına dair məlumatlar yayılıb. İsveçli forvardın anlaşmasında bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, Zlatan İbrahimoviç "Milan"a 2020-ci ilin yanvarında ABŞ-ın "Los Angeles Qelaksi" klubundan keçib. O, 2010 - 2020-ci illərdə də "qara-qırmızı" forma geyinib. İbrahimoviç cari mövsümdə klubun heyətində 24 oyunda 17 qol vurub.