Azərbaycan şahmatçısı Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində uğurla çıxış edib.
Gənc şahmatçımız 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı şahmatçımız bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.
İsveçrə sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizə aparıb.
Aydın Süleymanlı növbəti uğura imza atdı