Çempionlar Liqasında yarımfinal həyəcanı

Çempionlar Liqasında yarımfinal həyəcanı

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək. Bu mərhələnin ilk qarşılaşması İspaniyada təşkil olunacaq. “Real Madrid” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. “Alfredo Di Stefano” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Meydan sahiblərinin heyətində kapitan Serxio Ramosla yanaşı, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskes zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə yeganə itki zədəli Mateo Kovaçiçin yoxluğudur.
Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin “Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.