Çempionlar Liqası: "Mançester Siti" PSJ-yə qarş

Çempionlar Liqası: "Mançester Siti" PSJ-yə qarş

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək. İngiltərənin "Mançester Siti" komandası Fransada ötən mövsümün finalçısı PSJ ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.