Boks üzrə Asiya çempionatının yeri dəyişdirilib. Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilməsi nəzərdə tutulan yarış Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə verilib.
Buna Hindistanda koronavirusa yoluxma hallarının kəskin artması səbəb olub.
Turnirin vaxtında isə heç bir dəyişiklik edilməyib. Yarış əvvəldən planlaşdırıldığı kimi 21 - 31 mayda təşkil olunacaq.
Qeyd edək ki, boks üzrə Asiya çempionatı 1963-cü ildən keçirilir.