Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin dörddəbir final mərhələsində şahmatçımız Şəhriyar Məmmədyarov uğurla çıxış edib.
Qrossmeysterimiz dörddəbir finalın birinci matçında 3:1, cavab oyunlarında da isə 2,5:0,5 hesabla FIDE təmsilçisi Alireza Firuzcaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb. Qeyd edək ki, T.Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.
Beləliklə, yarımfinalda Ş.Məmmədyarovla yanaşı, M.Karlsen, amerikalı Hikaru Nakamura, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.
Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.
Qrossmeysterimiz yarımfinalda