Avropa Liqasında yarımfinal həyəcanı

Avropa Liqasında yarımfinal həyəcanı

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi "Roma" İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.
İngiltərənin digər klubu "Arsenal" isə İspaniyada "Vilyarreal"la üz-üzə gələcək. La Liqa təmsilçisi "Qarabağ"la eyni qrupda mübarizə aparıb.
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq.