Dünya çempionunun növbəti hədəfi

Dünya çempionunun növbəti hədəfi

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson sentyabr ayında eks-çempion Lennoks Lüislə qarşılaşmağı planlaşdırır. “Mən Lüislə döyüşməyi planlaşdırıram”-, deyə idmançı açıqlamasında qeyd edib.
Xatırladaq ki, 2002-ci ildə L.Lüis M.Taysonu 8-ci raundda nakauta salmışdı.
Qeyd edək ki, Mayk Taysonun peşəkar boks karyerasındakı hesabında 50 qələbə və 6 məğlubiyyət var. 55 yaşlı Lennoks Lüisin hesabında isə 43 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə var.