İtaliya millisi peyvənd olundu

İtaliya millisi peyvənd olundu


Futbol üzrə İtaliya millisinin üzvləri Avropa çempionatından əvvəl koronavirus əleyhinə peyvən olunublar. Bildirək ki, bir müddət əvvəl İtaliya hökuməti Romada yerləşən Olimpiya stadionuna azarkeşlərin girişinə icazə vermişdi. Məhz bu stadionda turnirin dörd oyunu, həmçinin İtaliya və Türkiyə arasında açılış qarşılaşması keçiriləcək.
Qeyd edək ki, ölkədə bütün idman tədbirləri azrkeşsiz təşkil olunur. İyunun 1-dən başlayaraq isə azarkeşlər yavaş yavaş stadionlara buraxılacaqlar. Məlumata görə, Tokio-2020-də iştirak edəcək italiyalı idmançıların da vaksinasiyasına başlanılıb.