Yamaykanı olimpiadadan kənarda qalmaq təhlükəsi gözləyir

Yamaykanı olimpiadadan kənarda qalmaq təhlükəsi gözləyir

Ümumdünya Antidopinq Agentliyi (WADA) Yamayka Milli Olimpiya Komitəsini ciddi tənqid edib. WADA ölkənin milli antidopinq agentliyində nizam-intizam yaradılmasını tələb edib. Söhbət üç yamaykalı atletin - Nesta Karter, Asafa Pauell və Şeron Simpson qadağan olunmuş preparatlardan istifadə etdikləri halda, ölkədə bunun ört-basdır edilməsindən gedir.
Yamayka Antidopinq Agentliyi Komissiyasının keçmiş direktoru xanım Enn Şirli qeyd edib ki, ölkədə mövcud olan dopinq nəzarəti WADA-nın nizamnaməsinə uyğun gəlmir. Onun sözlərinə görə, Yamaykada idmançıların dopinq qəbul etməsi ilə bağlı edilən iradlara və xəbərdarlıqlara heç bir məhəl qoyulmur. Bunun üçün WADA Yamayka haqqında daha ciddi sanksiya qəbul etməyə qərar verib. Belə ki, bu ölkənin idmançıları Beynəlxalq Atletika Federasiyası və Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı altında keçirilən yarışlarda iştirak etmək hüququndan məhrum olunacaqlar.