Gürcüstan Soçi-2014 Olimpiadasında təhlükəsizliyin təmin olunmasına yardım göstərəcək

Gürcüstan Soçi-2014 Olimpiadasında təhlükəsizliyin təmin olunmasına yardım göstərəcək

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ölkəsinin 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında təhlükəsizliyin təmin edilməsi məsələsində qonşu Rusiyaya kömək edəcəyini bildirib.
"Soçi-2014 Olimpiadasında təhlükəsizliyin təmin edilməsi üçün biz Rusiya və regiondakı digər dövlətlərlə birgə işləməyə hazırıq”, - deyə Gürcüstanın müdafiə naziri deyib.