İbrahimoviç AVRO-2020-də olmayacaq

İbrahimoviç AVRO-2020-də olmayacaq

İsveç millisinin və "Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin Avro-2020-də iştirak edə bilməyəcəyi dəqiqləşib.Bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. 39 yaşlı hücumçunun A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) aldığı zədəyə görə Avropa çempionatını buraxacağı bildirilib.
Qeyd edək ki, 2001-ci ildən İsveç millisinin üzvü olan Zlatan 2016-cı ildə yığmada çıxışını dayandırıb. O, bu ilin mart ayında yenidən milliyə qayıdıb. İbrahimoviç 62 qolla bu komandanın bombardiridir.
Xatırladaq ki, Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.