Qrossmeysterlərimiz yeni sınaq qarşısında

Qrossmeysterlərimiz yeni sınaq qarşısında

Mayın 23-də şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi keçiriləcək. Yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrosmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Qiri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.
Qeyd edək ki, Ş.Məmmədyarov turnirin sonuncu mərhələsində L.Aronyanı məğlub edərək üçüncü yeri tutub. Turnirin qalibi isə M.Karlsen olub.
Xatirladaq ki, altıncı dəfə keçirilən yarışda T.Rəcəbov da yüksək nəticələrlə yadda qalıb. Belə ki, təmsilçimiz seriyanın ikinci - “Airthings Masters” turnirinin qalibi olub. O, üçüncü mərhələdə - “Opera Euro Rapid” turnirində üçüncü yeri tutub.