Azərbaycan çempionatının qalibi “Neftçi” oldu

Azərbaycan çempionatının qalibi “Neftçi” oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün çempionu müəyyənləşib.
XXVIII turun sonuncu matçında çempion komandanın adına aydınlıq gəlib. Son turadək 57 xalla lider olan "Qarabağ" ondan bir xal az toplayan "Neftçi"nin qonağı olub. "Dalğa Arena"dakı matç 1:0 hesabı ilə “Neftçi” klubunun qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Əhməd Əhmədov olub.
Bununla da xalını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.
"Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021-2022-ci il mövsümündə UEFA Konfrans Liqasına qatılacaq.
"Ağ-qaralar"a qızıl medalları isə baş məşqçi karyerasında ilk dəfə Samir Abasov qazandırıb.