Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün qalibi Bakının “Neftçi” klubu olub. Oyundan sonra “Neftçi” klubu çempionluq kubokunu İkinci Fəxri xiyabana aparıb. Kollektiv komandanın azarkeşləri, Vətən müharibəsi şəhidləri mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını ziyarət edib. Onlar çempionatın baş mükafatını şəhid hərbçinin məzarı üstünə qoyaraq, ruhuna dualar oxuyublar.
Ziyarətdə klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, Samir Abasovun rəhbərlik etdiyi məşqçilər heyəti və bütün futbolçular iştirak edib.
Qazanılan çempionluq kuboku Vətən müharibəsində şəhid olan klubun azarkeşi, mayor Rüfət Əsgərovun hüzuruna aparılıb.
Qeyd edək ki, "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn "Neftçi" 9 qat Azərbaycan çempionu adını qazanıb.
“Neftçi” çempionluq kubokunu İkinci Fəxri xiyabana apardı
jpg-1621496740.jpg)