“Buro Happold” konsaltinq şirkəti dünyanın ən yaxşı stadionlarının reytinqini tərtib edib. İdman arenaları üç göstərici üzrə - azarkeşlərin marağı, oyun günündəki gəlirlər və izləyicilərin oyunun gedişinə təsiri imkanlarına görə qiymətləndirilib.
Bu meyarlara əsaslanaraq, ən yaxşı stadion adını İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” klubunun idman arenası və “Uembli” stadionu qazanıb. Hər iki meydança eyni sayda xal toplayıb.
Üçüncü pilləni isə britaniyalılardan üç xal geri qalan “Barselona” klubuna məxsus “Kamp Nou” arenası tutub.