Honda da Ağdama getdi - FOTO

Honda da Ağdama getdi - FOTO

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və "Neftçi"nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər. Bu barədə özünün rəsmi sosial şəbəkə səhifəsində Canni de Byazi məlumat verib. Onlar Cümə məscidi, "İmarət" stadionunda olublar, şəhid Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.
Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: "Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən doğulacaq".

Honda da Ağdama getdi - FOTO