“Keşlə” ölkə kubokunun sahibi oldu

“Keşlə” ölkə kubokunun sahibi oldu

Mayın 24-də futbol üzrə AzərbaycanKubokununfinalgörüşü keçirilib. Turnirin həlledici görüşündə “Keşlə” və “Sumqayıt” klubları üz-üzə gəlib. Oyunda hesabı üçüncü dəqiqədə “Sumqayıt” klubu açılıb. Paytaxt klubunun müdafiəçisi Miyusko Boyoviçin öz qapısına vurduğu qol "gənclik şəhəri" təmsilçisini önə çıxarıb. Birinci hissənin başa çatmasına səkkiz dəqiqə qalmış “Keşlə” komandası hesabı bərabərləşdirib. Klubun müdafiəçisi Şəhriyar Əliyev fərqlənib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Gərgin keçən görüşün ikinci hissəsinin 57-ci dəqiqəsində üçüncü qol vurulub. Bu dəfə “Keşlə” klubu hesabda önə çıxıb. Bakı klubunun müdafiəçisi Miyusko Boyoviç 57-ci dəqiqədə hesabı komandasının xeyrinə dəyişib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib. Beləliklə, “Keşlə” tarixində ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017-2018-ci il mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” (1:0; 1:1) finala yüksəlib. Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla məğlub edərək ilk və yeganə ölkə kubokunu qazanıb.