Valsın vətənində zəka mübarizəsi

Valsın vətənində zəka mübarizəsi

Azərbaycan şahmatçıları "Chess Open-2013” Beynəlxalq turnirində iştirak edirlər.
Vyanada şahmat üzrə "Chess Open-2013” Beynəlxalq turniri keçirilir. Turnirdə ölkəmizi Namiq Quliyev və Rüfət Abdullayev təmsil edirlər.
Yarışda 7 turun görüşləri artıq başa çatıb.
Namiq Quliyev bu turda qazaxıstanlı şahmatçısı Mariya Segeyevanı məğlub edib. Yeddinci turda isə Namiq Quliyev yerli idmançı Lukas Handlerə məğlub olub.
Yeddi turdan sonra şahmatçımızın hesabında beş xal var.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 200-dən çox şahmatçı birincilik uğrunda mübarizə aparır.