Dünya kubokunda Azərbaycan şahmatçıları da mübarizə aparacaqlar

Dünya kubokunda Azərbaycan şahmatçıları da mübarizə aparacaqlar

Beynəlxalq Şahmat Federasiyası (FIDE) qadınlar arasında dünya kubokuna vəsiqə qazanan oyunçuların siyahısını açıqlayıb. Turnirdə Azərbaycanın 3 şahmatçısı iştirak edəcək. Belə ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova Avropa çempionatının nəticələrinə görə, dünya kubokunda iştirak etmək hüququ qazanıblar.
Turnir iyulun 10-da start götürəcək.