Appenində uğurlu çıxışlar seriyası davam edir

Appenində uğurlu çıxışlar seriyası davam edir

İtaliyada "ScaccoBratto -2013” XXXIII Beynəlxalq şahmat festivalı keçirilir. Bu turnirdə ölkəmizi Nicat Abbasov təmsil edir. Əvvəlki turlardan qalib ayrılan Nicat Abbasov turnirin altıncı turunda Latviya şahmatçısı Yevgeni Sveşnikov, yeddinci turda isə makedoniyalı Aleksandr Koloviç ilə heç-heçə oynayıb. Altı turdan sonra hesabında 5 xal olan şahmatçımız turnirin lideri ukraynalı Andrey Sumeçdan cəmi yarım xal geridə qalır. İsveçrə sistemi üzrə keçirilən turnirdə 50-dən çox zəka sahibi birincilik uğrunda mübarizə aparır.