Zidan qərarını verdi

Zidan qərarını verdi

Zinəddin Zidan İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçi postunu tərk etməyi qərara alıb. Fransalı mütəxəssisin qərarının səbəbi məlum deyil.
Onu Massimiliano Alleqrinin əvəzləyəcəyi gözlənilir. Zidan ilk dəfə 2018-ci ildə istefa verərkən, "kral klubu"nun rəhbərliyi Alleqri ilə əlaqə saxlayıb. Lakin həmin vaxt "Yuventus"un sükanı arxasında olan italiyalı mütəxəssis rədd cavabı verib.
Qeyd edək ki, "Real Madrid" 2020/2021 mövsümünü gümüş medalla başa vurub.