"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında rekorda imza atıb. Ispaniyalı mütəxəssis 4 dəfə turnirin qalibi olan ilk baş məşqçi olub. 2013/14, 2014/15 və 2015/16 mövsümlərində “Sevilya” ilə kuboku qazanan Emeri bu gün "Vilyarreal”ın sükanı arxasında finalda "Mançester Yunayted"i üstələməklə qalib olub. İtaliyalı məşqçi Covanni Trapattoni bu göstəricidə 2-cidir. O, 1976/77 və 1992/93 mövsümlərində “Yuventus”la, 1990/91 mövsümündə “İnter”lə kuboku qazanıb.
“Unay Emerinin Avropa Liqası” - FOTO



