Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Millimiz Qızıl Avropa Liqasında V turun oyununa çıxacaq. A qrupunda mübarizə aparan Vüqar Əliyevin yetirmələri Fransa ilə qarşılaşacaq. II dövrənin meydan sahibi ilə görüşədək xal qazanmayan yığmamız
uğursuzluğa son qoymağa çalışacaq. Millimiz sonuncu pillədən qurtulmaq şansını saxlamaq üçün mütləq 3 xal qazanmalıdır.
Qeyd edək ki, millimiz sabahkı son turda Rumıniya ilə görüşəcək.