Koreya Respublikasının Çunqju şəhərində keçirilən dünya çempionatı davam edir. Ölkəmizi bu yarışda təmsil edən akademik avarçəkən Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1x) final yürüşündə ilk üçlüyə düşməyi bacarıb. Onun rəqibləri arasında beşqat dünya çempionu və London - 2012 Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl (Yeni Zelandiya), eləcə də 2000-ci il Sidney Olimpiadasının bürünc mükafatçısı, 2002-ci ilin dünya çempionu Marsel Hakker (Almaniya) də olub. Marsel Hakker finişə hamıdan tez - 6 dəqiqə 57,37 saniyəyə çatıb. İkinci yeri 6 dəqiqə 59,78 saniyə nəticə göstərən təmsilçimiz tutub. Bolqarıstanlı Georgi Bojilov isə 7 dəqiqə 0,21 saniyə göstərici ilə üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, hər üç avarçəkən əsas yarımfinala vəsiqə əldə edib.
Növbəti mərhələ yürüşləri sabah keçiriləcək