Nikolay Valuyev: «Qapımızdan ikinci top keçəndə artıq bildim ki…»

Nikolay Valuyev: «Qapımızdan ikinci top keçəndə artıq bildim ki…»

Keçmiş boksçu və Rusiya Dumasının deputatı Nikolay Valuyev də Rusiya yığmasının uğursuz çıxışı ilə bağlı fikirlər bildirib. «Rusiya yığması AVRO-2020-də faciəvi çıxış etdi. Belə bir nəticəni sözlə ifadə etmək olmur. Qapımızdan ikinci top keçəndə artıq bildim ki, hər şey məhv oldu. Bu səbəbdən də televizoru söndürüb, başqa işlə məşğul oldum. Baş məşqçi Çerçesovun millidən uzaqlaşdırılması məsələsi barədə heç nə deyə bilmərəm. Məsələni kökündən həll etmək lazımdır ki, gələcək də belə vəziyyətlə bir daha qarşılaşmayaq.»